"Tütünlə mübarizə" mövzusu ilə bağlı şagirdlərə tövsiyyələr verilib

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988 - ci ildən etibarən hər il 31 may tarixində Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir. 27 may 2025 - ci il tarixində 125 saylı tam orta məktəbdə 31 may Ümumdünya tütünlə mübarizə günü ilə bağlı maarifləndirici seminar keçirilib. Seminarda Xəzər Gigiyeniya və Epidemilogiya Mərkəzinin həkimi Cavid Mirzəyev, həkim köməkçisi Sadıqova Səidə "Tütünlə mübarizə" mövzusu ilə bağlı şagirdlərə tövsiyyələr verilib.