Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Açıq Qapı Günü təşkil olunub

    Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 16 May tarixində Açıq Qapı Günü təşkil olunub. Məktəbimizin IX - XI sinif şagirdləri və uşaq birliyi rəhbəri Rəhimova Səbinə həmin tədbirdə iştirak ediblər. Tədbirin məqsədi mərkəzdə tədris olunan ixtisaslar haqqında ictimaiyyəti məlumatlandırmaq, həmçinin tələbələrin peşə bacarıqlarını nümayiş etdirmək idi. Tədbir çərçivəsində müxtəlif ixtisasların təqdimatı, peşəkar ustad dərsləri (master - klasslar), tələbələrin əl işlərindən ibarət sərgi və podium nümayiş olunub. Şagirdlər mərkəzdə tədris olunan ixtisaslar və yaradılan şəraitlə yaxından tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi