"Azərbaycan - doğma diyar" mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının qürur günüdür. Bununla bağlı məktəbin dil və ədəbiyyat müəllimi Əsədova Xəyalənin rəhbərliyi ilə V - VI sinif şagirdlərinin iştirakı ilə "Konstitusiya və Suverenlik İli" 28 May Müstəqillik Günü çərçivəsində "Azərbaycan - doğma diyar" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.