“Xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu. Sağlamlıq, xəstəliklərin risk amilləri” mövzusunda seminar keçirilib

May ayının 22 - də məktəbin tibb bacısı Səmədova Çimnaz tərəfindən “Xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu. Sağlamlıq, xəstəliklərin risk amilləri” mövzusunda seminar keçirilib. Seminarın əsas məqsədi uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının və gigiyena qaydalarına əməl edilməsi, sağlam qidalanma, xəstəliyin ilkin mərhələdə aşkar edilməsindən ibarət olub. Şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Bu qaydaları yerinə yetirmək insanın özü üçün deyil, ətrafındakılar üçün də əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyənlər bəzən yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar. Tibb bacısı şagirdlərə sağlamlığın qorunması üçün sağlam həyat sürməyin, sağlam qidalanmanın, yuxu rejiminin, idmanla məşğul olmanın, açıq havada daha çox vaxt keçirmənin əsas amillərdən biri olduğunu vurğulayıb.