"Hüquqlarımız və biz" mövzusunda IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici seminar keçirilib

    İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrilməklə, vətəndaş cəmiyyətinin başlıca meyarlarından biri sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. 20 may 2025 - ci il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə "18 iyun İnsan hüquqları günü" nə həsr edilmiş İnsan hüquqları aylığı çərcivəsində "Hüquqlarımız və biz" mövzusunda IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici seminar keçirilib. Seminarda məktəbin psixoloqu Həsənova İlhamə insan hüquqlarının əsas müddəaları barədə məlumat verib. Hüquq və vəzifələr mövzusunda diskussiyalar aparılıb. Şagirdləri maraqlandıran suallar psixoloq tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi