Heydər Əliyevin 102 iiliyinə həsr olunmuş dəyirmi masa keçirilib

    Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbdə 06.04.2025-ci il tarixində məktəbin təşkilatçısi Səlimova Mehribanın rəhbərliyi ilə VII sinif şagirdlərinin iştirakı ilə “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində ulu öndər Heydər Əliyevin 102 iiliyinə həsr olunmuş “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nın keçirilməsinin əsas məqsədi Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasəti, Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil və digər sahələrin inkişafı baxımından müstəsna xidmətləri barədə ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarət olub. “Dəyirmi masa”da məktəbin psixoloqu Həsənova İlhamə, Azərbaycan dil və ədəbiyyat müəllimi İskəndərova Elnarə, coğrafiya fənnini tədris edən İmaməliyeva Hökümə öz cıxışlarında şagirdlərə ümummilli liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən söz açıblar. Onu da qeyd ediblər ki, müasir, müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini milli dövlətçilik strategiyasının əsas prioriteti kimi müəyyənləşdirib və bu amal onun bütün siyasi fəaliyyətinin əsas qayəsini təşkil edib. Bu müqəddəs və ali məqsəd ümummilli liderimizin layiqli davamçısı, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə reallığa çevrilib, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək ulu öndərin vəsiyyətini yerinə yetirib. Sonra məktəbin XI A sinif şagirdi İmaməliyeva Validə ulu öndər Heydər Əliyevin 102 illiyinə həsr etdiyi "Dahi şəxsiyyət - Heydər Əliyev" adlı təqdimat ilə cıxış etdi. Sonda şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər. İşıqlı, nurlu fikirləri ilə həyatımızı aydınladan ümummilli lider Heydər Əliyev əməlləri ilə əbədiyaşardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi