"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi - praktik konfrans keçirilib

    5 may 2025 - ci il tarixində Bakı Şəhəri İcra Hakimiyyətinin binasında ümummilli lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi - praktik konfrans keçirilib. Konfransda iştirak edən şagirdlər Ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə elmi referatlarla çıxışlar ediblər. Sevindirici haldır ki, 3500 şagirdin iştirak etdiyi bu müsabiqədə 80 məktəblinin referatı komissiya tərəfindən seçilib. Həmin seçilən referatların içərisində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin X A sinif şagirdi İslamzadə Riyad da uğur qazanıb. Şagirdimizi təbrik edir, bol - bol uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi