"İqlim dəyişikliyi və innovasiyaları" mövzusunda təqdimat - dərs keçirilib

Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə 17 oktyabr tarixində Tədbirlər Planının icrasını təmin etmək məqsədilə COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı məktəbin biologiya fənnini tədris edən Süleymanova Jalə müəllimin rəhbərliyi ilə IX A sinif şagirdlərinin təqdimatında "İqlim dəyişikliyi və innovasiyaları" mövzusunda təqdimat - dərs keçirilib. Dərsdə məktəb rəhbərliyi, fənn müəllimləri iştirak ediblər. Jalə müəllim dərsin əvvəlində şagirdlərə iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərindən biri olduğuna aydınlıq gətirib.
Məlum olduğu kimi XVIII əsrdən etibarən başlayan sənayeləşmə dövründən, xüsusən də XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş vermişdir. Dərsin gedişatı qruplar şəklində aparılıb. Qrupların ayrı - ayrı təqdimatları böyük maraqla dinlənilib. Dərsin əsas məqsədi dünyada baş verən iqlim dəyişikliyinin aradan qaldırılması, bəşəriyyəti bu bəladan qurtarmaq, dünyamızı gələcək nəsillər üçün qorumaqdır. Dərsdə maraqlı videoçarxlar və animasiyalar nümayiş olunub. Təqdimatın əsas məqsədi sağlam gələcək naminə həmrəy olmaq fikrini hər birimizin dərindən anlamasına çalışmaq idi. Təbiəti qorumaq borcumuzdur.