"Atmosferi çirkləndirən mənbələr" mövzusunda dəyirmi masa keçirilib

Məktəbimizdə “Yaşıl Dünya Naminə Həmrəylik İli ” çərçivəsində işlər davam etdirilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024 - 2025 - ci tədris ilinin səmərəli təşkili ilə bağlı əmrinə əsasən 15 oktyabr tarixində məktəbin coğrafiya müəllimi Soltanova Günayın rəhbərliyi ilə VI C sinfində "Atmosferi çirkləndirən mənbələr" mövzusunda dəyirmi masa keçirilib. Günay müəllim şagirdlərə "Yaşıl Dünya Naminə Həmrəylik İli" və COP 29 haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlərin atmosferi çirkləndirən mənbələr haqqında çıxışları dinlənilib. Mövzuya uyğun videoçarxlar göstərilib. Qlobal ekoloji problemlər: səbəbləri və həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Günay müəllim şagirdlərə iqlim dəyişmələrindən, təbii sərvətlərin səmərəli istifadəsindən və ətraf mühitin mühafizəsi üzrə son illərdə dünya ölkələrində görülən işlərdən danışıb. Dəyirmi masa şagirdlərin dünyagörüşünü artıraraq maarifləndirici xarakter daşıyıb.