COP 29 ilə bağlı sənədli filmlərə baxış keçirilib

    Azərbaycanın dünyadakı ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP 29 - a 2024 - cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. COP 29 ilə bağlı ölkəmizdə silsilə tədbirlər aparılır. O cümlədən məktəbimizdə də “ Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsi ilə bağlı işlər davam etdirilir.

    11 oktyabr 2024 - cü il tarixində məktəbin təşkilatçısı Səlimova Mehriban müəllimin rəhbərliyi və VII, VIII sinif şagirdlərinin iştirakı ilə COP 29 ilə bağlı sənədli filmlərə baxış keçirilib. Eyni zamanda bədii əsərlərdə, eləcə də Nizami Gəncəvi yaradıcılığında təbiətə münasibəti özündə əks etdirən video çarxları izləyən şagirdlər dünyamızı ekoloji cəhətdən təmiz saxlamaq üçün hər birimizin məsuliyyət daşımasını, təbiətin mühafizəsini təmin etmək üçün səmərəli fəaliyyət göstərməyi dərk edərək maarifləniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi