Məktəbin direktoru Əliyeva Zeynəb Fəxri Fərmanla təltif olunub

    "Mənim məktəbim, mənim fəxrim" şüarı ilə dayanmadan çalışan Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin direktoru Əliyeva Zeynəb Babacan qızı pedaqoji fəalliyətində səmərəli xidmətlərinə və anadan olmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərmanla təltif edilib. Məktəbin müəllim kollektivi Zeynəb Əliyevanı ürəkdən təbrik edib, fəaliyyətində uğurlar diləyib, gənc nəslin mənəvi dəyərlərə sahiblənərək əsl vətəndaş kimi böyüməsindəki önəmli roluna, təlim - təhsil yolunda məsuliyyətli əməyinə görə təşəkkür edib.

    Nəhəng elm ocağı olan məktəbimizə böyük uğurlar gətirən, hər bir şagirdin gələcəyinin memarı olan, həssas qəlbli əsl vətəndaş yetirən sevimli Zeynəb müəllim, təlim və təhsildə nailiyyətlər yaratdığınız üçün daim sevilən şəxsiyyət. Sevildiyiniz üçün çox yaşayın, həmişə fəxrimiz olun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi