Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya

4 oktyabr 2024 - cü il tarixində Ə.Əliyev adına 125 nömrəli tam məktəbin VIII A sinif şagirdləri və sinif rəhbəri Kərimova Natəvan müəllimin rəhbərliyi ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər. Bu il keçirilən yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib.