Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gün və "5 Oktyabr Beynəlxalq Müəllimlər Günü" qeyd olunub

    Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin direktoru Əliyeva Zeynəb 4 oktyabr 2024- cü il tarixində sıra xəttində Cəbrayıl şəhərinin işğaldan azad olunduğu günü qürur və fəxarət hissi ilə qeyd edərək, müəllim və şagird kollektivini təbrik edib. Torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən sevgisi ilə ifadə olunan şeirləri səsləndirən şagirdlər Azərbaycanımızı tərənnüm ediblər.

    44 günlük Vətən müharibəsində ayağındakı 27 illik istila zəncirini qıran ilk şəhər doğma Cəbrayıl idi. Qələbədən qələbəyə addımlayan ordumuzu bu cür comərd, mətanətli, vətənpərvər böyüdən müəllim - ziyalı qüvvəsidir. Cəmiyyətimizin memarları olan müəllimlərin şərəfli, müqəddəs işi, fəaliyyəti əsl vətəndaş yetirməsi olduğunu məktəbin direktoru Əliyeva Zeynəb tərəfindən xüsusi vurğulanıb. 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllim kollektivi alqışlarla təbrik edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi