"Anım Günü" ilə bağlı ümumməktəb tədbir keçirilib.

27 sentyabr 2024 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin sıra xəttində "27 Sentyabr Anım Günü" ilə bağlı ümumməktəb səviyyəsində tədbir keçirilib. Tədbir Dövlət Himnimizin səslənməsi və şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla qeyd edilməsi ilə başlayıb. Məktəbin direktoru Əliyeva Zeynəb öz çıxışında 44 günlük müharibədən, ölkə başçısı Prezidentimiz İlham Əliyev və xalq birliyindən, şəhid və qazilərimizin rəşadətindən söhbət açaraq tədbir iştirakçılarına ətraflı məlumat verib. Şəhid məzunlarımız Əliyev Əfqanı, Heybətov Ağaəmini, Salamov Vüsalı, Əliyev İbrahimi və onların timsalında bütün şəhidləri minnətdarlıq hissi ilə anaraq qeyd etdi ki, qəhrəmanlıq tariximizin şərəfli səhifəsini öz şücaətləri ilə yazan övladlarımızı hər zaman anır, onların bizə əmanət verdikləri Vətən üçün çalışır, şəhid və qazilərimizi ləyaqətlə yaşadırıq. Şagirdlərin ifasında əbədiyyət qazanmış şəhidlərə həsr olunmuş şeirlər, vətənpərvər ruhlu mahnılar, fikirlər səsləndirilib. Unutmadıq. Unutdurmarıq. Şəhidlər müqəddəs and yerimizdir.