Şəhid məzun Salamov Vüsalın doğum günü qeyd olunub

    21 sentyabr 2024 - cü il tarixində Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin direktoru Əliyeva Zeynəb, müəllimlər və şagirdlər şəhid məzun Salamov Vüsalın doğum gününü ehtiramla anaraq şəhidin evini və məzarını ziyarət ediblər. Məktəbin direktoru Əliyeva Zeynəb öz təsirli çıxışında qələbəni bizə bəxş edən şəhidləri, o cümlədən şəhid Salamov Vüsalı hörmətlə anaraq şagirdləri onların əbədi xatirəsini hər zaman uca tutmağa, əmanət olan vətəni qoruyub inkişaf etdirməyə səsləyib. Direktor şəhidin anası Gülçöhrə xanıma qəhrəman övlad böyütdüyü üçün təşəkkürünü bildirib, Vüsalın əbədi olaraq qəlbimizdə yaşadığını qeyd edib.

    20 sentyabr "Azərbaycanın Suverenlik Günü" olmasında şəhidlərin əvəzsiz rolu olduğunu xüsusu vurğulayıb. Şəhid Salamov Vüsalın şərəfinə səsləndirilən şeirlərdə şagirdlərin sevgisi ifadə olunub. Şəhidin xatirə güşəsi qarşısında, Şəhidlər xiyabanında Vətənə, şəhidə münasibət minnətdarlıq hissi ilə bildirilib. Orada iştirak edən qazilərə də bizə bəxş olunan azad vətənə görə təşəkkür edilib. Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi və tariximizi bilib, ölkəmizə nurlu gələcək bəxş etməsi borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi