İlk zəng tədbiri keçirilib

    2024 - 2025 - ci tədris ilinin başlanması ilə əlaqədar Bakı şəhəri Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb yenidən öz şagirdlərini qoynuna alıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Məktəbin şəhid məzunları, adını şərəflə daşıdığımız Əfqan Əliyevin, Ağa Əmi Heybətovun, Vüsal Salamovun, İbrahim Əliyevin və onların simasında doğma Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    "Mənim məktəbim, mənim fəxrimdir" devizi ilə yorulmadan çalışan məktəbin direktoru Əliyeva Zeynəb müəllim heyətini, şagird kollektivini, valideynləri və məktəbə ilk qədəmlərini atan birinciləri salamlayıb. Zeynəb müəllim öz çıxışında onu da bildirib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024 - cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Buna əsasən Azərbaycanın təhsil müəssisələrinin II - XI siniflərində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunsun. Onu da qeyd edib ki, Azərbaycanın COP29 - a ev sahibliyi etməsi dövlətimizin və xalqımızın uğurudur. Dünya bizim evimizdir. Gəlin dünyamızı təmiz və sağlam sağlayaq, gələcək nəsillərə hədiyyə edək. Şagirdlərimizin ifasında şeirlər, rəqslər ilk zəng tədbirimizi daha daha da rəngarəng edib.

    Əziz şagirdlər, doğma məktəbə xoş gəlmisiniz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi