Dərs ilinin başlanması ilə əlaqədar ilk pedaqoji iclas keçirilib

    6 sentyabr 2024 - cü il tarixində Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması ilə əlaqədar pedaqoji iclas keçirilib. Məktəbin direktoru Əliyeva Zeynəb məktəbin IV, VI, IX siniflərinin təlim nəticələri ilə bağlı ətraflı məlumat verərək, qarşıda duran vəzifələri yerinə yetirməyi, müəllimlərin səy və bacarıqlarını daha səmərəli istifadə etməyi tövsiyə edib. İclasda İlk dərslərin "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar aparılması tapşırılıb.

    Direktor məktəbə pedaqoji sahədə çalışmağa gəlmiş yeni təhsilverənlərə fəaliyyətlərində uğurlar arzulayıb.

   Zeynəb Əliyeva məktəbin Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən, "Əməkdar müəllim", gənc nəslin təlim və tərbiyəsində öz sözünü demiş Zahidova İradə və fiziki tərbiyə müəllimi Hüseynova Almazın təqaüdə çıxmalarını təntənəli şəkildə qeyd edərək, onlara möhkəm cansağlığı, xoş həyat diləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi