Məzunlarımız fərqlənmə attestatı ilə təltif olunublar

2023 - 2024 - cü tədris ilində Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin 39 şagirdi XI sinfi bitirib attestat almışdır. Bu şagirdlərimizin içərisində özünün bilik və bacarığı ilə seçilən Ağayev Aslan, İskəndərov Əli, Əliyeva Firuzə fərqlənmə attestatı ilə təltif olunublar. IX sinif üzrə 73 şagird attestat alıb, onların arasında Rəsulzadə Rəhiməxanım fərqlənmə attestatı ilə təltif olunub. Məktəbin direktoru Əliyeva Zeynəb şagirdlərimizi məktəbi bitirmələri münasibəti ilə təbrik edib, onlara tələbə adını qazanmağı, həyatda şərəf və ləyaqətlə yaşamağı, Azərbaycana layiqli vətəndaş olmağı arzulayıb.