Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Lerik, Lənkəran rayonlarına ekskursiya təşkil olunmuşdur

Ə. Əliyev adına 125 nömrəli tam orta məktəb "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq tədbirlərini davam etdirməkdədir. Sinif rəhbəri Qurbanova Xədicə müəllimin təşəbbüsü, IX "A" sinif şagirdlərinin iştirakı ilə ölkəmizin füsünkar təbiəti olan Lerik, Lənkəran rayonlarına ekskursiya təşkil olunmuşdur. Bu gəzintidə şagirdlər təbiətimizin əsrarəngiz gözəlliyinə heyran olmuş, təbiətlə təmasdan zövq almış, onlarda floramızın zənginliyi ilə bağlı xoş təəssüratlar yaranmışdır. Həqiqətən də: "Təbiət ilhama çağırır bizi..."