Tədris ilinin son pedaqoji iclası keçirilib

28 iyun 2024 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə pedaqoji heyətin iştirakı ilə 2023 - 2024 - cü tədris ilinin yekun iclası keçirilib. İclasda tədris ilinin yekunları, inzibati heyətin illik hesabatı I - VIII - IX - X sinif şagirdlərinin sinifdən sinfə keçirilməsi, sinifdə qalan və biliyi qiymətləndirilməyən, yay tapşırığı alan şagirdlər barədə, IX - XI sinif şagirdlərinə fərqlənmə attestatlarının verilməsi, müəllimlərin növbəti tədris ili üzrə dərs bölgüsü, cari məsələlərlə bağlı müzakirələr aparılıb. İclasın sonunda məktəbin direktoru Əliyeva Zeynəb "Təhsilverənlərin sertifikatlaşdırılması" prosesində iştirak edən riyaziyyat, ingilis və rus dili fənnini tədris edən müəllimləri imtahanda yüksək nəticə əldə etdiklərinə görə təbrik edib. Məktəbin ilboyu fəaliyyəti təhlil edilib. Yeni tədris ilində daha səmərəli çalışmaq, şagirdyönümlü fəaliyyətdə bilik və bacarıqları təkmilləşdirmək tövsiyə olunub. Müəllim heyətinə xoş istirahətlər dilənib.