"Əlvida məktəb" adlı son zəng tədbiri keçirilib

14 may 2024 - cü il tarixində Bakı şəhəri Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə "Əlvida məktəb" adlı son zəng tədbiri keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanıb. Məktəbin direktoru Əliyeva Zeynəb öz çıxışında Qarabağdakı həyatdan danışaraq azadlığı xalqımıza bəxş etmiş Prezident İlham Əliyevə, şəhidlərə, qazilərə təşəkkür edib. O, onbirincilərə uğurlu həyat, nailiyyətlər diləyərək onlara Qarabağ Universitetində təhsil almalarını tövsiyə edib. İlboyu təhsildə və müxtəlif müsabiqələrdə uğurları olan şagirdlər mükafatlandırılıb. Şəhid məzun Heybətov Ağa Əminin atası Elçin Heybətov, qazi məzunlardan Əli Abdullayev də tədbirdə hörmətli qonaq kimi iştirak ediblər. Onbirincilərin ifasında səslənən şeirlər, mahnılar, rəqslər bir - birini əvəz edərək tədbirə rəngarənglik qatıb. Kövrək, sevincli duyğularla əhatə olunmuş tədbir xoş təəssüratlarla xatirələrə çevrilib. Gənc nəslə Vətənə layiqli övladlar kimi ləyaqətlə yaşamağı arzulayırıq. Yolunuz açıq olsun.