Nizami Gəncəvinin əsərlərində təbiət mövzusu adlı təqdimat keçirilib

    30 may 2024 - cü il tarixində Bakı şəhəri Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Nizami Gəncəvinin əsərlərində təbiət mövzusu adlı təqdimat keçirilib. Təqdimat məktəbin 7 A və 7 C sinif şagirdləri tərəfindən hazırlanmışdı. Məktəbin təşkilatçısı Səlimova Mehriban, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən əməkdar müəllim Zahidova İradə, Salami Gülarə şagirdlərin maraqlı çıxışlarına, video görüntülərlə olan təqdimatlarına seyrçi olublar. Təqdimatda dahi şairin əsərlərində təbiətə həssas yanaşma, onu qorumaq, dünyamızı, insanlığı mühafizə etmək kimi ümumbəşəri dəyərlər səsləndirilib. Şagirdlərin təbiətlə bağlı çəkdiyi şəkillər, musiqilər, şeirlər bu təqdimatı rəngarəng edib. Unutmayaq ki, dünya bizim evimizdir. Gəlin onu qoruyaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi