"Ətraf mühitin qorunması" mövzusu ilə bağlı məşğələ keçirilib

    Azərbaycan Respublikasında 2024 - cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına əsasən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə 5 iyun tarixində ətraf mühitin qorunmasına dair məktəbin coğrafiya fənnini tədris edən Soltanova Günay müəllimin rəhbərliyi ilə VII B sinfində "Ətraf mühitin qorunması" mövzusu ilə bağlı məşğələ keçirilib. Günay müəllim bildirib ki, 1972 – ci ilin iyunun 5 - də BMT - nin Baş Assambleyasının Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyi, əhali arasında ekoloji maarifləndirmənin genişləndirilməsinin əhəmiyyəti, bu sahədəki problemlərə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alınaraq iştirakçılar tərəfindən 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunması qərara alınmışdır. 1973-cü ildən başlayaraq 5 iyun bütün dünyada “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətraf mühitin qorunması, ekoloji problemlərin həlli məsələlərini daim diqqət mərkəzində saxlaması ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə böyük təkan vermiş, bu sahədə iri layihələr uğurla həyata keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi