Şəhid məzun Heybətov Ağaəminin doğum günü qeyd olunub

    Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!

    El qədrini canından daha əziz bilənlər,

    Şirin bir xatirətək qalacaqdır dünyada

    Sevərək yaşayanlar, sevilərək ölənlər.

    Yaddan çıxarmayaq ki, şəhidlər öz əməlləri ilə əbədiyyətə qovuşublar, ölməzlik qazanıblar. Qəhrəman övladlarımızdan biri olan Heybətov Ağa Əmi 6 iyun 1993 - cü ildə anadan olub. Artıq neçə illərdir ki, bu əziz günü Ə. Əliyev adına 125 N li tam orta məktəbin müəllim və şagird kollektivi ehtiramla anır, yad edir. Bu gün də şəhidimizin evində və məzarında xatirələr işığına yığışan məktəbin direktoru Əliyeva Zeynəb, müəllimlər və şagirdlər Ağa Əmini qürur və hörmətlə andılar. Əliyeva Zeynəb öz təsirli çıxışında şəhid Ağa Əmiyə olan sevgidən söhbət açaraq iftixar və fəxr mənbəyimiz olan şəhidlərə minnətdarlıq hissini bildirdi. O qeyd etdi ki, bu yaxınlarda məktəb kollektivinin Qarabağa-- Şuşaya səfərində 125 N li məktəbin şəhidlərinin : Əfqan Əliyev , Ağa Əmi Heybətov, Vüsal Salamov , İbrahim Əliyevin və onların timsalında Azərbaycan şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilmişdir. " Biz Cıdır düzündə Sizin sayənizdə azad addımlayarkən Siz bizim başımızın üzərində mələklər kimi bu büsatı seyr edərkən ruhunuz sevinir, şəhidlərin ruhu şaddır, çünki Vətən torpağı -- Qarabağ azaddır!"

Azərbaycan şəhidləri! Siz bizim üçün ölsəniz də, bizim üçün Siz ölməmisiniz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi