Məktəbin növbəti pedaqoji iclası keçirilib

    30 may 2024 - cü il tarixində Bakı şəhəri Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin növbəti pedaqoji iclası keçirilib. İclasda məktəbin direktoru Əliyeva Zeynəb məktəbin Fəaliyyət Planına əsasən görülən işlər və cari məsələlər barəsində söhbətlər aparıb. İclasda əsas məsələlərdən biri olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qərarına əsasən 15 may 2024 - cü il "Təhsilverənlərin etik davranış Qaydaları"nın təsdiq edilməsi və "Müəllimlərin etik davranış qaydaları"nın təsdiq edilməsi haqqında "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014 - cü il 6 noyabr tarixli 1/2nömrəli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2023 - cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanına əsasən" təhsilverənlərin etik davranış Qaydaları"nın təsdiq edilməsi müzakirə edilib. Bununla bağlı çıxışlarda təhsilverənlərin cəmiyyət üçün vicdanlılıq nümunəsi olması vurğulanıb. Qeyd olunub ki, təhsilverənlər öz fəaliyyətləri ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidirlər. Bir sözlə, müəllim - təhsilverən cəmiyyət üçün vətəndaş yetirdiyinə görə öz işinə həddindən artıq məsuliyyətlə yanaşmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi