"Korrupsiyaya qarşı mübarizə" mövzusunda iclas keçirilib

3 İyun 2024 - cü il tarixində Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə "Korrupsiyaya qarşı mübarizə" mövzusu ilə bağlı pedaqoji heyətin növbədənkənar iclası keçirilib. İclasda məktəbin direktoru Əliyeva Zeynəb çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Korrupsiya tarix boyu cəmiyyətin üzləşdiyi problemlərdən olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qalmaqdadır.
Ölkəmizdə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. Bu məqsədlə həm şagirdlər, həm də müəllimlər məlumatlandırılıbdır.
Təhsilə kölgə sala biləcək problemlərlə qarşılaşmamaq üçün çox diqqətli olmalı, şəffaf, təmiz iş prinsiplərinə xidmət etməliyik. Ziyalı olaraq bu bizim müqəddəs borcumuzdur.