Şuşaya qayıdış!

28 May – Müstəqillik Gününü xalqımız qalib xalq kimi qarşılayır. Bu əziz bayram artıq erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda - Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır.
Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektivi bu möhtəşəm bayramı qeyd etmək üçün "Zəfər yolu" istiqamətində gedərək doğma diyarımız olan Şuşa şəhərinin Cıdır düzündə müstəqilliyimizin təntənəsini yaşayıb. Bu Zəfəri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqla təşəkkür edirik. Bu səyahətdə I Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan Emin Əliyev, Rəfael Əliyev, Əfqan Əliyev, o cümlədən 44 günlük Vətən müharibəsində şəhid olan məktəbimizin məzunları Ağa Əmi Heybətov, Vüsal Salamov, İbrahim Əliyev və onların timsalında bütün şəhidlərin xatirəsi yad edilib. Məktəbin direktoru Əliyeva Zeynəb qürur hissi ilə çıxış edərək xalq və hakimiyyət birliyini alqışlayıb. O bildirdi ki, bu şanlı qələbə bizim fəxrimizdir. Xoşbəxtik ki, azad torpaqlarda - Qarabağda həyatın, yaşamın sürətli inkişafına şahid oluruq. Bu azadlığı bizə bəxş edən şəhidlərə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qarabağ Azərbaycandır!