Texnologiya dərsində praktik iş aparılıb

    Böyüməkdə olan nəslin həyata praktik cəhətdən hazırlanması, uşaq və gənclərə yaşam üçün vacib ən sadə əməli, məişət, özünəxidmət vərdişlərinin aşılanması, onların əməyə məhəbbət ruhunda tərbiyəsi istiqamətində sistemli iş aparılması çox vacibdir. Məktəbin bu istiqamətində texnologiya fənninin daha çox rolu vardır. Bütün bunları nəzərə alaraq, kulinariya texnologiya dərsinin ən önəmli hissəsidir. Bununla bağlı məktəbin texnologiya fənnini tədris edən Əsgərova Lətafət, Şahbazzadə Fidan müəllimin rəhbərliyi, V A sinif şagirdlərinin iştirakı ilə "Buterbrodun hazırlanması" mövzusunda praktik iş aparılıb. Valideynlərin istəyi və ailənin maddi imkanlarına uyğun, könüllü olaraq lazımi ərzaq və ləvazimatlar şagirdlər tərəfindən dərsə gətirilib və birgə hazırlayıblar. Buterbrodu hazırlayarkən Lətafət müəllim və Fidan müəllim şagirdlərə sağlam qidalanma ilə bağlı tövsiyyələrini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi