"Ətraf mühitin çirklənməsi, ekoloji problemlər"lə bağlı dəyirmi masa keçirilib

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı"nın 29 - cu sessiyasının təşkil edilməsi ilə bağlı 2024 - cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı üzrə məktəbin Coğrafiya fənnini tədris edən İmaməliyeva Hökümə müəllimin rəhbərliyi ilə 24 aprel tarixində VII A sinif şagirdlərinin iştirakı ilə qlobal iqlim dəyişikliyi ilə əlaqədar "Ətraf mühitin çirklənməsi, ekoloji problemlər"lə bağlı dəyirmi masa keçirilib. İmaməliyeva Hökumə müəllim ilk öncə dünyada baş verən iqlim dəyişilməsinə səbəb olan problemlər və onların aradan qaldırılması yollarından danışıb. Tədbirdə iştirak edən şagirdlər atmosferdə suyun, torpağın çirklənməsi ilə bağlı fikirlərini bildiriblər, onların bərpa edilməsi və qorunması naminə görüləcək işlərin vacib olduğunu qeyd ediblər. Sonda iqlim dəyişikliyi ilə bağlı videolar nümayiş olunub.