"Gələcəyini Qur!” layihəsinin təqdimatı keçirilib

"Gələcəyini Qur!” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən gənclərə dəstək layihəsidir. Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək, bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Bu məqsədlə 21 May tarixində "Gələcəyini Qur!” gəncliyə dəstək layihəsinin nümayəndəsi Nilufər xanımın rəhbərliyi ilə məktəbin akt zalında X sinif şagirdlərinin iştirak ilə layihənin təqdimatı keçirilib. Nilufər xanım bildirib ki, abitruyentlik dövrünü maraqlı və motivasiya dolu keçirib tələbə olmaq istəyirsinizsə 26 may tarixinə qədər qeydiyyatdan keçməyi unutmayın.