VII siniflər arasında breyn - rinq yarışması keçirilib

    Azərbaycan Respublikasında 2024 - cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15 mart 2024 - cü il tarixli, 3-29/-145F/2024 nömrəli əmri ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən məktəbimizin biologiya fənnini tədris edən Abdullayeva Aysu müəllimin təşkilatçılığı ilə VII siniflərdən ibarət "Dəmir yumruq", "Zirvə ", "Xarıbülbül " komandaları arasında "Breyn - rinq" yarışması keçirilib. Tədbirdə məktəbin münsiflər heyəti təlim - tərbiyə işləri üzrə direktor müavini İbrahimova Zabitə, coğrafiya müəllimi İmaməliyeva Hökümə, biologiya müəllimi Yusifova Gülzar təmsil edib. Yarışmada hər üç komanda fəal iştirak etdilər. Yarışmanın qaydalarına görə VII B sinfini təmsil edən "Zirvə" komandası I yerə layiq görülüb. Şagirdlərə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi