Şəki şəhərinə ekskursiya təşkil olunub

Azərbaycanın 2030 - cu ilə qədər sosial - iqtisadi inkişafına dair beş milli prioritetindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi və 2024 - cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, eləcə də 2024 - cü ildə "COP 29" - un ölkəmizdə keçirilməsi istiqamətində şagirdlərin maarifləndirməsi məqsədilə 12 may 2024 - cü il tarixində məktəbin tarix fənnini tədris edən Məmmədova Zümrüd, sinif rəhbəri Həsənova İlhamə müəllimin rəhbərliyi, Vll sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın gözəl təbiəti olan olan Şəki şəhərinə ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi şagirdlərə vətənin gözəl təbiətindən, tarixi abidələrin qorunması, qlobal iqlim dəyişiklikləri ilə bağlı məlumatların verilməsi idi.