"Ulu bir sərkərdə, ulu bir öndər" adlı bədii - ədəbi kompozisiya keçirilib

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101 - ci ildönümü tamam olur. Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin akt zalında 8 aprel tarixində məktəbin təşkilatçı müavini Səlimova Mehriban müəllimin rəhbərliyi, VII sinif şagirdlərinin iştirakı ilə "Ulu bir sərkərdə, ulu bir öndər" adlı bədii - ədəbi kompozisiya keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru çıxış edərək bildirib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Cəmiyyətin ictimai - siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Tədbirdə şagirdlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeir və mahnılar səsləndirib,videoçarx izlənilib. Sonda məktəbin direktoru Əliyeva Zeynəb çıxışında bir daha bildirib ki, nə qədər qədirbilən xalqımız var, nə qədər müstəqil Azərbaycan var, ulu öndər daima qəlblərdə yaşayacaq, xatirəsi ehtiramla anılacaqdır.