"Təhlükəsizlik həftəsi" çərçivəsində məktəbdə monitorinqlər keçirilib

Təhsil müəssisəsində təhlükəsizlik mühitin yaradılması barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş ( daxilolma: 06.04.2024 - cü il tarixli, 59 - D - 113 nömrəli) məktuba əsasən məktəbdə silsilə işlər görülür. Bu baxımdan məktəbimizdə 25 aprel tarixində "Təhlükəsizlik həftəsi" çərçivəsində məktəb rəhbərliyi, sinif rəhbərləri, növbətçi müəllimlərin iştirakı ilə monitorinqlər keçirilib. Məktəbə giriş və çıxışlara nəzarət gücləndirilib. Hər gün şagirdlərin məktəbə qəbulu və məktəbdən evə yola salınması müəllimlərin nəzarəti altında aparılır. V - Xl sinif şagirdlərinin çantalarının və telefonların yoxlanılması sinif rəhbərləri tərəfindən aparılıb. Bəzi şagirdlərin davranışında müşahidə edilmiş nöqsan və çatışmazlıqlar sinif rəhbərləri tərəfindən araşdırılmış və valideynlərinə çatdırılıb.