Şagirdlər asudə vaxtlarını Gənc Tamaşaçılar Teatrında keçiriblər

Teatrın nə olduğunu öyrənmək, teatra getmək, teatra baxmaq, hətta teatr haqqında düşünmək də zaman - zaman insanlar üçün maraqlı olmuşdur. Teatr elə bir sənət aləmidir ki, ona məhəbbət əvvəl ailədə, sonra məktəbdə, daha sonra ali məktəb səviyyəsində təlqin olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən teatrlarımızın əksəriyyətində uşaq, yeniyetmə və gənclərimiz üçün müxtəlif janrlarda, müxtəlif mövzularda kifayət qədər tamaşalar hazırlanır. Bu baxımdan məktəbin ibtidai sinif müəllimi Abdullayeva Səhər və l A sinfinin şagirdləri asudə vaxtlarının səmərəli təşkil olunması ilə bağlı Gənc Tamaşaçılar Teatrının "Buratino" tamaşasına böyük həvəslə baxıblar. Tamaşadan sonra aktyor truppası ilə görüşüb şəkillər çəkdiriblər.