Aprel ayında keçirilənlərin hesabatı

    Bakı şəhəri Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə aprel ayında tədrislə bağlı bir sıra fəaliyyətlər həyata keçirilmişdir. Məktəbin III və IV sinif şagirdlərinə məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə monitorinq keçirilib, nəticələrlə bağlı müzakirələr aparılıb. Eləcə də VI sinif şagirdləri ilə Azərbaycan dili, riyaziyyat, təbiət fənlərindən monitorinq aparılıb, nəticələr təhlil edilib.

    Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün hər ay olduğu kimi fənn müəllimlərinin qarşılıqlı dərsdinləməsi təşkil olunub. Təhsilverənlərin metodik bilik və bacarıqlarının vəziyyətini təkmilləşdirmək məqsədi ilə təlimçi müəllimlər tərəfindən fənn müəllimlərinə tədrislə bağlı dəyərli məsləhətlər, tövsiyələr verilib, bu istiqamətdə aparılan işlər haqqında hesabatlar dinlənilib. Metodbirləşmə sədrləri , üzvləri dərsdinləmələri müzakirə edərək dərsləri təhlil ediblər. Dərsləri valideynlərin dinləməsi şagirdlərdə məsuliyyət hissini yüksəldərək dərsin fəal, səmərəli keçməsinə təkan verib. İnanırıq ki, müəllim, şagird, valideyn birliyi təhsildə uğurlu nəticələrə səbəb olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi