"Məhəmməd Füzuli ayı” layihəsinə start verilib

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq aprel ayı ərzində məktəblərdə "Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Dünya klassikləri sırasında ensiklopedik biliyi, dəyərli bədii - fəlsəfi irsi ilə seçilən ölməz söz ustası Füzulinin Azərbaycan, ərəb və fars dillərində yaratdığı əsərlər ümumbəşəri mənəvi dəyər və sərvətlər xəzinəsinə əbədi daxil olmuşdur. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Bununla əlaqədar 17 aprel 2024 - cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən əməkdar müəllim Zahidova İradə şagirdlər arasında milli - mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi - bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq və intellektual qabiliyyətlərini inkişaf etdirmək məqsədilə Vlll A sinif şagirdlərinin iştirakı ilə xüsusi dərs keçib. Şagirdlər dahi şairin zəngin yaradıcılığı haqqında məlumat verib, şairin klassik ədəbiyyatımıza bəxş etdiyi qəzəlləri səsləndirib. Sonda "Füzuli dünyası" adlı sənədli film nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi