"Ekologiyamızı qoruyaq və yaşıl dünyamızı bərpa edək" adlı tədbir keçirilib

    Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. 25 dekabr 2023 - cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024 - cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu məqsədlə ölkəmizdə ekologiya, ekoloji problemlərə həsr olunmuş tədbirlər keçirilib. Məktəbimizin Kiçik Akademiya təşkilatı bu il ilə əlaqədar olaraq 15 aprel tarixində "Ekologiyamızı qoruyaq və yaşıl dünyamızı bərpa edək" adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Kiçik Akademiyanın rəhbəri Quliyeva Sara fikirlərində bildirib ki, ekologiyanı qorumaqla əslində insan sağlamlığına dəyər verdiyimizi göstəririk, çünki təmiz ekoloji mühit elə sağlam şəxslər deməkdir. Sara müəllim yaşıl dünyamızı qorumağın əhəmiyyətindən bəhs edərək bu mövzu ilə bağlı şagirdləri maarifləndirib. Kiçik Akademiyanın fəal üzvü - X A sinif şagirdi Validə İmaməliyeva təqdimatında ekoloji problemləri yaradan səbəblərdən, yaşıl dünyamızı qorumaq üçün görüləcək işlərdən geniş bəhs edib. Sonda məktəbin Vlll A sinif şagirdi, gənc ixtiraçı Quliyev Abbas ekoloji problemləri aradan qaldırmağa xidmət edəcək ixtirasını müəllim və şagird kollektivi ilə bölüşüb. Tədbir şagirdlərin verdikləri sualların cavablandırılması ilə davam edib, xoş təəssüratlarla yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi