"Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində "Açıq qapı" günü keçirilib

    5 aprel 2024 - cü il tarixində Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin Fəaliyyət Planına əsasən valideynlərin tədris prosesinə cəlb olunması istiqamətində "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində "Açıq qapı" günü keçirilib. Valideynlər övladlarının təhsil aldıqları məktəbdə keçirilən tədris prosesini izləyiblər, fənn kabinetləri və kitabxana ilə yaxından tanış olublar. Sonda məktəbin uşaq birliyi rəhbəri, təşkilatçısı, psixoloqu, kitabxanaçısı və tibb bacısı valideynlərə məktəblə sıx əlaqə saxlamağı tövsiyə ediblər. Valideynlər dinlədikləri dərslərlə bağlı təəssüratlarını bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi