"Erkən nikahın fəsadları" mövzusunda sinif təşkilat saatları keçirilib

    Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə Reproduktiv sağlamlıq layihəsi çərçivəsində "Erkən nikahın fəsadları" mövzusunda Vlll siniflərin sinif təşkilat saatları aparılıb. Məktəbin psixoloqu Həsənova İlhamə mövzu barəsində uşaqlara məlumat verib. Erkən nikahın yaratdığı sosial - psixoloji problemlər müzakirə olunub. Sağlam genafond naminə bu kimi halların yolverilməz olduğu bir daha qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi