31 Mart Soyqırımına aid "Unudulmaz faciə" adlı dəyirmi masa keçirilib

    1918 - ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişdilər. Rəsmi mənbələrə əsasən bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, 10 minlərlə insan itkin düşmüşdür.

    29 mart 2024 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə kitabxana müdiri Cəmalə Nağıyevanın və səyyar tarixçi Zümrüd Məmmədovanın təşkilatçılığı və IX sinif şagirdlərinin iştirakı ilə 31 Mart Soyqırımına aid "Unudulmaz faciə" adlı dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Zümrüd müəllim və kitabxanaçı şagirdlərə 31 Mart soyqırımı ilə əlaqədar geniş məlumat veriblər. Onlar bu faciənin illər keçsə də, unudulmayacağını qeyd edərək şagirdlərin nəzərinə faciənin dəhşətlərini çatdırıblar. Faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib. Tarix müəllimi Azərbaycan xalqının qanlı və keşməkeşli tarixindən ürək yanğısı ilə söhbət açıb. O, xalqımızın əzmkar və mərd oğullarının qəhrəmanlığını bir daha 44 günlük vətən müharibəsi zamanı təsdiq olunduğunu vurğulayıb. Şagirdlər də 31 Mart Soyqırımına aid fikirlərini paylaşıblar. Onlar "Tariximizin qan yaddaşı" şüarı altında şeirlər səsləndiriblər. Tariximizi unutmur, unutdurmuruq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi