Qala Dövlət Tarix - Etnoqrafiya Qoruğunda bayram şənliyi keçirilib

    18 aprel 2024 - cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qala Dövlət Tarix - Etnoqrafiya Qoruğunda "Bahar çələngi" adlı bayram şənliyi keçirilib. Xalqımızın milli - mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə təşkil olunmuş bayram şənliyində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin direktoru Əliyeva Zeynəb, müəllim kollektivi və şagirdlər böyuk ruh yüksəkliyi ilə iştirak ediblər. Tədbirdə şagirdlərimizin əl işləri, bayram xonçaları, milli geyimlərdə olan balaca fidanların gözəl rəqsləri ətrafdakıların diqqətini cəlb edib. Bayram şənliyi yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdəki səmimiyyət, xoş münasibət, əhval - ruhiyyə bütün iştirakçılarda unudulmaz təəssüratlar yaradıb.

    Xalqımızın Novruz bayramını təbrik edir, cansağlığı, uğurlar, xoş həyat arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi