Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Açıq qapı tədbiri keçirilib

    Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə “Bahar Festivalı” adlı təntənəli Açıq qapı tədbiri keçirilib. 15 mart 2024 - cü il tarixində peşə məktəbində keçirilən "Açıq qapı" tədbirində məktəbimizin direktoru Əliyeva Zeynəb, təşkilatçı Səlimova Mehriban, uşaq birliyi rəhbəri Rəhimova Səbinə, IX - X - Xl sinif şagirdləri iştirak edib. Tədbir bayram şənliyi ilə başlanıb. Mərkəzin zərgər, qrimçi pastijor, interyer və eksteryerin bədii tərtibatçısı, səs operatoru, kostyum ustası və dərzi, moda dizaynı, işıq operatoru, video çəkiliş üzrə operator ixtisası və bütün ixtisaslar üzrə təqdimatlar infoturda nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi