"Novruz çələngi" adlı möhtəşəm tədbir keçirilib

    2024 - cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar olaraq xalqımızın milli mənəvi dəyərlərinin qorunması və zənginləşdirilməsi ilə bağlı olaraq 19 mart 2024 - cü il tarixində məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Novruz çələngi" adlı möhtəşəm tədbir keçirilib. Məktəbin direktoru Əliyeva Zeynəb tədbir iştirakçılarını və qonaqları salamlayaraq hər kəsi bayram münasibətilə təbrik edib. Məktəbin X A sinif şagirdləri, sinif rəhbəri İmaməliyeva Hökumənin rəhbərliyi təşkil olunmuş tədbir müəllimlər, valideynlər və şagirdlərdə xoş ovqat yaradıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval - ruhiyyəsi bəxş edib. Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi