"Ətraf mühitin qorunması" mövzusu ətrafında dəyirmi masa keçirilib

    Azərbaycan Respublikası Prezidentinin 2023 - cü il 25 dekabr tarixli Sərancamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024 - cü ilin "Yaşıl dünya naminə Həmrəylik ili" elan edilməsi ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına əsasən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin Vl - Vll - ci sinif şagirdləri, biologiya fənnini tədris edən Abdullayeva Aysu müəllimin təşkilatçılığı ilə "Ətraf mühitin qorunması" mövzusu ətrafında dəyirmi masa keçirilib. Günəş, su, hava, səma, bütün canlılar və insanın özü də təbiətin bir hissəsidir. Təbiət canlı və cansız olur. Günəş, ulduzlar, hava, su, daşlar cansız təbiəti təşkil edir. Bilirik ki, Yer kürəsinin ağciyərləri meşələrdir. Belə ki, bitkilər günəş işığı karbon qazı və sudan istifadə edərək qlükoza və oksigen əmələ gətirirlər. Bitkilər oksigenin cüzi miqdarından istifadə edərək çox hissəsini xaricə buraxır və canlılar da bundan tənəffüs prosesində istifadə edirlər. Lakin sənaye şəhərlərinin getdikcə artması, atmosferdə olan oksigen və karbon qazı balansını pozmuşdur. Karbon qazının atmosferdə artması "İstixana effekti" - nə səbəb olmuşdur. Bununla bağlı olaraq meşə zolaqlarının sayını daha da artırmalıyıq. Şagirdlərin sualları müəllimlər tərəfindən ətraflı cavablandırılıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi