"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı məşğələlər keçirilib

    Azərbaycan Respublikasında 2024 - cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına əsasən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə ətraf mühitin qorunmasına dair məktəbin biologiya fənnini tədris edən Abdullayeva Aysu, Yusifova Gülzar müəllimin rəhbərliyi ilə siniflərdə məşğələlər keçirilib.

    İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Hələ XIX əsrin sonlarından başlayan elmi - texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Təbiət həm də bizim həyatımızı zinətləndirir. O, bizə böyük sevinc bəxş edir. Quşların oxuması, çayların şırıltısı, meşələrin şirin pıçıltısı insana dinclik verir. Biz yorğun olanda, sevincli, kədərli olanda belə təbiət qoynunda rahatlıq tapırıq. Əgər biz təbiəti məhv etsək, ona qayğı ilə yanaşmasaq, özümüzü, öz sağlamlığımızı məhv etmiş olarıq. Hər bir insan təbiəti qorumalı və qayğısını çəkməlidir. Təbiətin qayğısını çəkməklə insan öz gözəl və sədaqətli gələcəyini təmin edir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi