"Dəyərlərimiz və milli adət - ənənələrimiz bədii ədəbiyyatda" adlı tədbir keçirilib

Milli - mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə"nin 15.6 - cı bəndini rəhbər tutaraq Bakı şəhəri Təhsil İdarəsinin əmrinə əsasən əmr 3-29-59/3-2-103F/2024 - cü il Fəaliyyət Planına əsasən "Dəyərlərimiz bədii ədəbiyyatda" adlı tədbir keçirilib. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimiz Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Elə bu mövzunu gənc nəsillərə tanıtdırmaq və çatdırmaq məqsədi ilə 5 mart 2024 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxanasında "Dəyərlərimiz və milli adət - ənənələrimiz bədii ədəbiyyatda" adlı tədbir keçirilib. Tədbir kitabxana müdiri Cəmalə Nağıyevanın təşkilatçılığı, 6 B sinif şagirdlərinin və sinif rəhbəri Kazımlı Ülviyyə müəllimin iştirakı ilə təşkil olunub. Şagirdlər milli - adət ənənələrimizlə yanaşı milli dəyərlərimiz haqqında da geniş məlumat veriblər.
Milli ədəbiyyatımız olan "Kitabı Dədə Qorqud" dastanı, "Azərbaycan xalq dastanları", "Novruz töhvələri", "Göyər səməni göyər", "Xalq nağılları" və sairə bədii ədəbiyyatlada yaxından tanış olaraq maraqlı bilgilər əldə ediblər.