Fənn müsabiqəsi və məntiq olimpiadasının rayon mərhələsi keçirilib

3 mart 2024 - cü il tarixində Elm və Təhsil Nazirliyi, BŞTİ tərəfindən Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə "Məktəblilərarası fənn müsabiqəsi", "Lütfizadə adına riyaziyyat - məntiq olimpiadası"nın rayon (şəhər) mərhələsi keçirilib. İmtahanda 442 nəfər şagird RFM - si, Lütfizadə adına riyaziyyat məntiq olimpiadasında iştirak edib. Müsabiqə və olimpiada nəzarətçi müəllimlər, 125 nömrəli tam orta məktəbə təyin olunmuş imtahan rəhbəri (kurator) 322 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazovun, 125 nömrəli tam orta məktəbin direktoru Əliyeva Zeynəbin rəhbərliyi ilə uğurla başa çatıb.