Təlimə Dəstək Mərkəzinin Qiymətləndirmə və Monitorinq üzrə metodisti Şəymən Əliyeva dərs dinləmələrdə iştirak edib

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə 27 fevral 2024 - cü il tarixində Məktəbin İnkişaf Planının yazılması prosesinin davamı olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin Qiymətləndirmə və Monitorinq üzrə metodisti Şəymən Əliyeva ibtidai və yuxarı siniflərdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs dinləmədə iştirak edib. Sonra məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri ilə görüşüb, onlara öz tövsiyələrini bildirib. Təhsilin keyfiyyətini yüksəltmək, bilik və bacarıqları vərdişə çevirmək, qiymətləndirməni düzgün və səmərəli aparmaq, şagird fəallığını təmin etmək kimi bacarıqları izah edən metodist müəllimlərə dəstək olaraq məsləhətlər verib. Əminik ki, bu tövsiyələr məktəbdə təlim və tədrisinin keyfiyyətli aparılmasına müsbət təsir göstərəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi