"Xocalı bizim qan yaddaṣımızdır" adlı ədəbi - bədii kompozisiya keçirilib

    Xocalı soyqırımı hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təṣkilatları hər il fevralın 26 - da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təṣkil edir, konfranslar keçirirlər. Bu tədbirdə ermənilərin törətdikləri vəhṣilikləri əks etdirən foto - stendlər, sənədli filmlər nümayiṣ olunur, soyqırım həqiqətlərini əks etdirən kitablar sərgilənir.

    Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxanasında 26 fevral 2024 - cü il tarixində kitabxana müdiri Cəmalə Nağıyevanın təṣkilatçılığı, III C sinif ṣagirdlərinin iştirakı və sinif rəhbəri Vüsalə Həmdullayevanın rəhbərliyi ilə Xocalı soyqırımına həsr olunmuṣ "Xocalı bizim qan yaddaṣımızdır" adlı ədəbi - bədii kompozisiya keçirilib. Tədbirdə ṣagirdlər tərəfindən Xocalı qurbanlarına həsr olunmuṣ ṣeirlər səsləndirilib. Ṣagirdlərin ürək yanğısı ilə çəkdiyi rəsm əsərləri, Xocalıda törədilmiṣ vəhṣiliklər və günahsız qurbanların ṣəkilləri nümayiṣ etdirilərək soyqırıma həsr olunmuṣ səhnəciklər göstərilib. Bu cür tədbirlər Xocalı faciəsini gələcək nəslin yaddaṣına əbədi yazaraq qan yaddaşımızı unutmamağa, bütün Azərbaycan şəhidlərinə ehtiram və hörmət hissi ilə yanaşmağa səsləyib. Xocalıdan əzabla keçdiyimiz yolu şərəflə, zəfərlə qayıdırıq. Xocalı Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi